Play Store

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq
07:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Qaz təchizatının yaxşılaşdırılması məqsədilə kəmərlər üzərində qaztənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar aprelin 24-də saat 10.00-dan 18.00-dək Sabunçu rayonunun Nardaran qəsəbəsinə, Maştağa qəsəbəsinin bir hissəsinə, 2-ci Sovxoz və Lahıc bağları adlanan yaşayış sahələrinə, həmçinin Xəzər rayonunun Pirallahı qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabunchu_ve_Xezer_rayonlarinin_tebii_qaz_techizati_muveqqeti_mehdudlasdirilacaq-849302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR