Göbələkdən zəhərlənmə halları çoxalıb (VİDEO)

Göbələkdən zəhərlənmə halları çoxalıb (VİDEO)
09:01 24 Aprel 2015
232 Sosial
Ölkə mətbuatı
A- A+

Son vaxtlar bəzi bölgələrdən göbələk zəhərlənməsilə bağlı xəbərlər gəlməkdədir.

ANS TV-nin məlumatına görə, göbələk zəhərlənməsi hallarına daha çox Şəki-Zaqatala bölgəsində rast gəlinir. Elə ötən gün də 32 yaşlı Elsevər İsmayılov meşədən yığdığı göbələyin zəhərli olub-olmadığını bilmədən bişirərək yeyib. Kəskin mədə ağrıları və hərarətinin artdığını görən yaxınları onu dərhal xəstəxanaya çatdırıblar.

Müayinəsi zamanı həkimlər onun göbələkdən zəhərləndiyini müəyyən ediblər. Onunu vəziyyəti ağır olduğu üçün Elsevər İsmayılov Bakıya gətirilib.

Ümumiyyətlə hər bir yeməli göbələyin zəhərli oxşarı olduğu üçün onların kor-təbii toplanması zəhərlənməni qaçılmaz edir. Çünki, zəhərli və yeməli göbələləri ayırmaq o qədər də asan olmur. Buna görə də mütəxəssislər sadə vətəndaşların ümumiyyətlə göbələk yığmasını məsləhət görmür.

Şöbə müdiri İmran Abdullayev deyir ki, yabanı halda bitən göbələklərin toplanmasını qəbul etmir: “Çünki, hər an zəhərli göbələyin ora düşmə etimalı yüksəkdir. Ona görə də insan öz həyatını, eləcə də övladlarının həyatını risqə atmamalıdır. Əgər meyli göbələk çəkirsə, o zaman təsərrüfatlarda beçərilən – şampinyon və asılqan kimi göbələklər zəhərli deyil”.

Toplanan göbələklər arasında bir ədəd zəhərli göbələyin olması kifayət edir ki, orqanizmə mənfi təsir göstərsin. Çünki, zəhərli göbələklərin tərkibindəki toksiki maddələr hətta yüksək temperaturda belə parçalanmaya məruz qalmır. Orqanizmə daxil olan kimi fəsadların göstərir.

Həkimlərin sözlərinə görə, digər qida zəhərlənmələrindən fərqli olaraq göbələk zəhərlənməsinini əlamətləri daha kəskin olur.

"Göbələklə zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma, ishal və gözünün qarşısında ikiləşmə əlamətləri ilə başlayır. Əgər bu proses bədəndə çox davam edərsə, o zaman mərkəzi sinir sistemidə belə müəyyən dəyişikliklər yol aça bilər" - deyə həkim Arzu Musayeva qeyd edib.

Mənbə
ANS-TV-Vüsalə Xaməmmədqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=340024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR