Bakı. 24 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,58 dollar yaxud 2,81% bahalaşaraq 57,74 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində isə artım qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 2,23 dollar, yaxud 3,55% bahalaşaraq 65,02 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir.