Erməni ekspert: "Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur"

Erməni ekspert: "Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur"
20:12 20 Sentyabr 2018
111 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib.

Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini "dondurulmuş" hesab etmək olar:

"Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil".

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert, həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/687365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR