ABŞ-ın “The Hill” qəzeti Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmindən yazıb

ABŞ-ın “The Hill” qəzeti Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmindən yazıb
09:18 24 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 24 aprel, AZƏRTAC
ABŞ-ın “The Hill” qəzetində dərc olunmuş məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan bəhs edilib. Siyasi icmalçı Raul Kontrerasın müəllifi olduğu məqalədə ABŞ-ın ölkə daxilində enerji resurslarının istismarı ilə əlaqədar mövcud hüquqi-iqtisadi vəziyyət təhlil edilib, bu ölkənin avropalı müttəfiqləri ilə birgə enerji təhlükəsizliyinin aktual çağırışlarına nəzər salınıb.
R.Kontreras bu ilin mart ayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qeyd edib. Başa çatdıqdan sonra TANAP-ın Türkiyə və Avropa ölkələrinin enerji istehlakına verəcəyi töhfələrdən bəhs edən müəllif, bu layihə ilə sözügedən ölkələrin enerji asılılığında maneələrin azalacağını vurğulayır.
Müəllif Azərbaycanı ən tolerant müsəlman ölkəsi və ABŞ-ın dostu adlandıraraq, respublikamızın neft və qaz istehsalı sahəsində önəmini xüsusi vurğulayır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Kontreras qeyd edir ki, təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_The_Hill_qezeti_Azerbaycanin_Avropanin_enerji_tehlukesizliyindeki_oneminden_yazib-849303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR