Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Avropa Liqasında yarımfinalçılar bəlli oldu
09:22 24 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, 4 qarşılaşmadan sonra bütün yarımfinalçılar müəyyənləşib.

İtaliyada "Fiorentina" klubu öz meydanında "Dinamo"nu qəbul edib. Ukraynada baş tutan oyunda 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcəkdi. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Fiorentina" yarımfinala yüksəlib.

İtaliyanın digər təmsilçisi "Napoli" evdə "Volfsburq"la qarşılaşıb. Səfərdə rəqibinə 4:1 hesabı ilə qalib gələn "Napoli" yarımfinalın bir addımlığında idi. Almaniya klubunun həmin məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmürdü. Cavab matçında qalib müəyyənləşməyib - 2:2. Bu nəticədən sonra "Napoli" yarımfinalda oynamaq hüququ qazanıb.

Rusiyada "Zenit" və "Sevilya" üz-üzə gəliblər. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Peterburq təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Avroliqanın son qalibi olan "Sevilya"ya bu görüşdə heç-heçə də kifayət edəcəkdi. "Sevilya"nın son dəqiqələrdə vurduğu qol İspaniya təmsilçisini növbəti mərhələyə yüksəldib - 2:2.  

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu evdə "Brügge" ilə qarşılaşıb. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan Ukrayna təmsilçisi yarımfinala adlamaq üçün bu görüşdə qalib gəlməli idi. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Dneprpetrovsk klubu yarımfinala adlayıb.

Qeyd edək ki, beləliklə, Avropa Liqasının yarımfinalında "Dnepr", "Fiorentina", "Napoli" və "Sevilya" klubları mübarizə aparacaq.

21 aprel

Avropa Liqası, 1/4 finalın ilk oyunları

00:05. “Dnepr” (Ukrayna) - “Brügge” (Belçika) - 1:0
Qol: Şakov, 82 (1:0)
(İlk oyun - 0:0)

00:05. “Fiorentina” (İtaliya) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: M.Qomez, 43 (1:0), Varqas, 90 (2:0)
Qırmızı vərəqə: Jermen Lens, 40 ("Dinamo")
(İlk oyun - 1:1)

00:05. “Zenit” (Rusiya) - “Sevilya” (İspaniya) - 2:2
Qollar: Bakka, 6-pen (0:1), Rondon, 48 (1:1), Halk, 72 (2:1), Qameyro, 85 (2:2)
(İlk oyun - 1:2)

00:05. “Napoli” (İtaliya) - “Volfsburq” (Almaniya) - 2:2
Qollar: Kallehon, 49 (1:0), Mertens, 65 (2:0), T.Kloze, 71 (2:1), Perisiç, 73 (2:2)
(İlk oyun - 4:1)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR