Almaniya prezidenti "soyqırımı" dedi

Almaniya prezidenti "soyqırımı" dedi
08:26 24 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə ermənilərin ölümü ilə nəticələnən hadisələrin "soyqırımı" olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Almaniya hökuməti indiyə qədər "soyqırımı" sözünü işlətməkdən ehtiyat edirdi.

Yoahim Qauk paytaxt Berlində qondarma erməni "soyqırımı" ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı "soyqırımı" ifadəsini işlədib.

“Ermənilərin taleyi kütləvi qırğınlara misal göstərilə biləcək tarixi hadisə, etnik təmizləmə, sürgün və "soyqırımı"dır. Bu hadisə 20-ci əsrin dəhşətli hadisələrindən biridir. Bu hadisəyə görə, sadəcə, kədərlənmək, planlaşdırılmış şəkildə öldürülən bu insanların yasını tutmaq olar”.

Bu gün Almaniya parlamentində də 1915-ci il hadisələrinə tarixi qiymət verilməsinə dair debat keçiriləcək.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR