Play Store

ABŞ Almaniya kəşfiyyatının texniki vasitələrinin köməyi ilə siyasətçilərə qarşı casusluq edib

08:27 24 Aprel 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 08:31 ]

Bakı-APA. ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) illər boyu baş verənlərdən məlumatsz olan Almaniya Federal Kəşfiyyat Xidmətinin (FKX) vasitəsilə Avropada minlərlə şəxslərə qarşı casusluq edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Spiegel Online nəşri məlumat yayıb.

 

Məlumata görə, MTA aralarında avropalı siyasətçilərin və Aİ-nin kommunikasiya şirkətlərinin olduğu obyektlərə qarşı elektron müşahidənin aparılması üçün məqsədyönlü şəkildə FKX-ya müəyyən məlumatlar (IP-ünvanlar və s.) təqdim edib. Obyektlərin sırasında EADS konserninin  və “Eurocopter” helikopter istehsalı müəssisələri kimi strateji əhəmiyyətli şirkətlərin olduğu bildirilir.  

 

Spiegel Online qeyd edir ki, MTA-dan müşahidənin aparılması ilə bağlı daxil olan sorğulardan təxminən 40 mini Almaniya və ya Avropa qanunvericiliyinə zidd olub.  

 

2008-ci ildən FKX əməkdaşları MTA-nın sorğularının heç də Almaniya kəşfiyyatının və ölkənin maraqlarına cavab vermədiyinə diqqət yetirməyə başlayıblar. Daxili yoxlamanın aparılmasına baxmayaraq  FKX bilmədən ABŞ kəşfiyyatına məxfi məlumatların ötürülməsi barədə xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirən Federal Kansler İdarəsini məlumatlandırmayıb. Məsələni ört-basdır etməyə çalışan FKX rəhbərliyi sadəcə ABŞ-dan gələcəkdə bu tip sorğular göndərməməyi xahiş edib.   

 

MTA-nın sui-istifadə hallarını təsdiqləyən yeni faktlarla bağlı Almaniyada hakim koalisiya və müxalifət partiyalarının nümayəndələri qəti etirazını bildiriblər. İnsidentlə bağlı Solçular Partiyası dövlətə xəyanətin baş verdiyini iddia edərək FKX rəhbəri Qerhard Şindlerin istefaya göndərilməsini tələb edib.       


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR