Bakıda qəza: yaralını götürüb qaçdı - FOTO

Bakıda qəza: yaralını götürüb qaçdı - FOTO
09:27 24 Aprel 2015
224 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın  məlumatına görə, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili adıçəkilən küçə ilə hərəkətdə olan zaman digər bir avtomaşın arxadan ona çırpılıb.
 
Hadisə zamanı avtomobildə olan sərnişin xəsarət alıb. Qəzaya  səbəb olan sürücü yaralını avtomobilə mindirərək dərhal hadisə yerindən uzaqlaşıb.  Əraziyə  Yasamal Rayon Yol patrul xidmətinin əməkdaşları gələrək qəza ilə bağlı ölçülər götürüb. Qəzaya səbəb kimi ilkin ehtimal olaraq yüksək sürət göstərilir.
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR