ABŞ fond indeksləri artıb

ABŞ fond indeksləri artıb
09:27 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksində 0,11% artım müşahidə olunub və 18 058,69 bənd təşkil edib. S&P 500 0,24% irəliləyərək 2 112,93 bənd, Nasdaq isə 0,41% artaraq 5 056,06 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,369% irəliləyərək 7 053,67 bənd, Almaniya DAX-ı 1,21% azalaraq 11 723,58 bənd, Fransa CAC-40-ı isə 0,62% geriləyərək 5 178,91 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% artaraq 1 190,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0792 (+0,82%) təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/abs-fond-indeksleri-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR