​Azərbaycan hökuməti dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar verib

​Azərbaycan hökuməti dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar verib
09:27 24 Aprel 2015
329 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar verib. “Report” xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, Azərbaycanda dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.
Qeyd edək ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1024 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-hokumeti-derman-vasitelerinin-qiymetlerinin-dovlet-terefinden-tenzimlenmesi-barede-qerar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR