Brent nefti ötən ilin dekabrından etibarən ilk dəfə 65 dollar həddini keçib

09:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 09:24 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar azalaraq 57,38 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar azalaraq 64,53 dollar olub.

 

Qeyd edək ki, ticari əməliyyatların gedişatında Brent markalı neftin qiyməti 65,08 dollaradək artıb. Belliklə, Brent markalı neftin qiyməti 2014-cü ilin dekabr ayından etibarən ilk dəfədir ki, 65 dollar həddini keçmiş olub.

 

Neftin bahalaşmasına ABŞ-da hasilatın azalması səbəb olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR