"Qara qızıl"ın qiyməti düşdü

"Qara qızıl"ın qiyməti düşdü
09:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Neftin dünya bazarlarındakı qiyməti hər gün dəyişməkdə davam edir
Neftin dünya bazarlarında qiyməti qismən düşüb.

Anspress-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.23 dollar (0.40%) azalaraq 57.51 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.26 dollar (0.40%) ucuzlaşaraq 64.59 dollar olub.

Qeyd edək ki, "Bloomberg" dünya bazarında neftin ucuzlaşmasından sonra ABŞ, Avropa və Asiya ölkələrinin neftin satışından 900 milyard dollar gəlir əldə etdiyini, Rusiya və Yaxın Şərq ölkələrinin isə 218 milyard və 357 milyard dollar itki ilə üzləşdiyini açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/336257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR