Sevdadan Röyaya cavab - video

Sevdadan Röyaya cavab -  video
09:36 24 Aprel 2015
245 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Röya Ayxanın Avropa Oyunlarına dəstək və insanları idmana daha yaxın etmək üçün keçirilən “Baku 2015 Basketball Challenge”dəki basketbol atışı çağırışına ifaçı Sevda Yahyayevadan cavab gəlib.

Axşam.az-ın məlumatına görə, burada iştirakçılar yaradıcı basketbol atışları edib, eyni və ya daha yaxşı atışlar üçün estafeti başqalarına ötürürlər.

S.Yahyayeva estafeti Röyadan alıb və basketbol atışı edib.

O, videosunu sosial şəbəkədə paylaşaraq “Röyadan çağırışı qəbul edirəm və  “Baku 2015 Basketball Challenge”ə mən də qoşuluram” sözlərini yazıb.

İfaçı estafeti həmkarı Zamiq Hüseynova, aparıcı Afaq Gəncəliyə və aktyor Elşən Orucova ötürüb.

Qeyd edək ki, Röya ilə yanaşı “challenge”ə əməkdar artist Tünzalə Ağayeva, müğənni Miri Yusif, aparıcı İlkin Həsəni, Hacı Nuran və başqaları da qoşulub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR