Çempionlar Liqasında son püşk

Çempionlar Liqasında son püşk
09:37 24 Aprel 2015
85 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 2014/2015 mövsümünün son püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə yarımfinal mərhələsinin cütlükləri müəyyənləşəcək.

Bu mərhələdə hər 4 komandanın - "Real", "Barselona", "Bavariya" və "Yuventus"un bir-biri ilə qarşılaşması mümkündür.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.

Yarımfinal mərhələsinin iştirakçı komandaları:

"Real" (Madrid, İspaniya)

"Barselona" (İspaniya)

"Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR