​"Qardaşımı öldürüb Gəncədə küçənin ortasına atıblar"

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini Danış" verilişində illər sonra dəhşətli qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, verilişə müraciət edən Gəncə sakini qardaşının ölümü haqqında danışmaq istədiyini bildirib. İllərdi danışmadığı sirləri açan Səlimxan qardaşı Asifin ölümündə günahkar bibisi oğlanlarının olduğunu deyib. O iddia edib ki, qardaşını öldürən doğma qohumlarıdır.

Qardaşlar bildirib ki, Asifi öldürüb gecə vaxtı Gəncədə Nizami məqbərəsinin yaxınlığına yarıçılpaq formada atıblar:

"Qardaşımı öldürüb küçəyə atıblar. Amma mən o vaxt araşdırdım. ki, qardaşımın siqareti və paltarları bibimgildən çıxıb. Bu, necə ola bilər? Qardaşımla yola getmirdilər. Qardaşım onlara borc pul vermişdi. Rusiyadan birbaşa Gəncəyə məhz pulu almağa gəlmişdi."

Həmin görüntüləri təqdim edirik:


Günün məzənnəsi açıqlandı - RƏSMİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR