Qonşuya talvar tikən 59 yaşlı usta yıxılıb öldü

Qonşuya talvar tikən 59 yaşlı usta yıxılıb öldü
11:37 21 Sentyabr 2018
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü Xanəliyev Çingiz Qabil oğlu həmkəndlisi Nəhmətov Famil Əşrəf oğluna məxsus evin talvarına şifer vurarkən ehtiyatsızlıqdan 6 metr hündürlükdən yıxılıb. Ç.Xanəliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/687452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR