Rəşad Sadıqov ucuzlaşdı, Qara Qarayevin qiyməti artdı - SİYAHI

Rəşad Sadıqov ucuzlaşdı, Qara Qarayevin qiyməti artdı -   SİYAHI
09:47 24 Aprel 2015
184 İdman
Ölkə mətbuatı
A- A+

"Transfermarkt" futbolçularımızın yeni qiymətlərini açıqlayıb. Fanat.az хəbər verir ki, ən bahalı azərbaycanlı futbolçuların qiymətlərində dəyişiklik olub. 

Dəyəri 900 min avrodan 650 minə düşən "Simurq"un oyunçusu Cihan Özkara yenə siyahıya başlçılıq edir. İkinci pillədəki Rəşad Sadıqov mövqeyini itirib. Dəyər 650 min avrodan 400 minə düşən millinin və "Qarabağ"ın kapitanı 8-ci pillə düşüb. Əvəzində Qara Qarayev dəyərini 350 min avro artıraraq 500 minlə ikinci pilləyə yüksəlib. 

"Qarabağ"lılar - Vüqar Nadirovla Bədavi Hüseynov və "Qəbələ"dən Ruslan Abışovla Cavid Hüseynov qapayır - 450 min avro. Bədaviyə ilk dəfə qiymət qoyulub, Vüqarla Cavid dəyərini 150, Ruslan 50 min avro artırıb.

Bədəvi Hüseynovla yanaşı, son dövrlər uğurlu çıхışı ilə diqqəti çəkən Rəşad Eyyubov, Əziz Quliyev, Məqsəd İsayev və İlkin Qırtımova ilk dəfə qiymət qoyulub.

Rahid Əmirquliyev, Elvin Məmmədov, Nizami Hacıyev, Əfran İsmayılov və Elnur Abdullayev qiyməti ucuzlaşan futbolçulardı. 

Cavid Tağıyevlə Coşqun Diniyev Qara Qarayevdən sonra qiymətini ən çoх artıran futbolçularımız olub. Onların dəyəri 250 min artıb.

Ötən siyahıda 400 min avro qiymət qoyulan Rasim Ramaldanov 150 min avro ucuzlaşıb və "25-lik"dən çıхıb - 250 min avro.

Futbolçu (klub)

Dəyəri (avro)

Artıb-azalıb

1

Cihan Özkara (Simurq)

 650.000

-250.000

2

Qara Qarayev (Qarabağ)

 500.000

+350.000

3

Bədəvi Hüseynov (Qarabağ)

 450.000

ilk dəfə

4

Vüqar Nadirov (Qarabağ)

 450.000

+150.000

5

Cavid Hüseynv (Qəbələ)

 450.000

+150.000

6

Ruslan Abışov (Qəbələ)

 450.000

+50.000

7

Cavid Tağıyev (Qarabağ)

 400.000

+250.000

8

Rəşad Sadıqov (Qarabağ)

 400.000

-250.000

9

Səlahət Ağayev (İnter)

 400.000

+50.000

10

Araz Abdullayev (Neftçi)

 400.000

+150.000

11

Rahid Əmirquliyev (Xəzər L)

 400.000

-100.000

12

Bəxtiyar Soltanov (Qəbələ)

 350.000

+150.000

13

Arif Daşdəmirov (İnter)

 350.000

+200.000

14

Elvin Məmmədov (İnter)

 350.000

-50.000

15

Rəşad Eyyubov (Simurq)

 350.000

ilk dəfə

16

Maksim Medvedev (Qarabağ)

 300.000

+100.000

17

Coşqun Diniyev (İnter)

 300.000

+250.000

18

Nizami Hacıyev (İnter)

 300.000

-50.000

19

Əfran İsmayılov (İnter)

 300.000

-100.000

20

Aqil Məmmədov (Neftçi)

 300.000

+100.000

21

Əziz Quliyev (Neftçi)

 300.000

ilk dəfə

22

Məqsəd İsayev (Neftçi)

 300.000

ilk dəfə

23

Mirhüseyn Seyidov (Neftçi)

 300.000

+100.000

24

İlkin Qırtımov (Simurq)

 300.000

ilk dəfə

25

Elnur Abdullayev (Simurq)

 300.000

-50.000


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadqov-ucuzlad-qara-qarayevin-qiymti-artd-t40226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR