“Amazon” şirkəti səsli köməkçi sisteminə malik cihazlar təqdim edib

“Amazon” şirkəti səsli köməkçi sisteminə malik cihazlar təqdim edib
12:35 21 Sentyabr 2018
Ölkə mətbuatı
A- A+

"Amazon" şirkəti "Alexa" səsli köməkçisi və "ağıllı ev" idarəetməsi ilə təchiz edilmiş bir neçə yeni texnoloji həllini təqdim edib. Bu haqda "BBC" məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" resursuna istinadən yazır ki, təqdim edilmiş yeniliklərdən biri səs əmrləri ilə işləyən "Amazon Basics Microwave" adlı mikrodalğalı sobadır. Mikrodalğalı soba "Echo" adlı "ağıllı kolonka"ya əlavə kimi işləyir, səsin köməyilə bu və ya digər məhsulların hazırlanması üzrə tapşırıqlar verməyə imkan verir. Cihaz bir toxunuşla popkorn sifariş etməyə imkan verəcək düymə ilə təchiz ediləcək. Mikrodalğalı soba "Amazon Echo" və məişət cihazlarının inteqrasiya imkanlarını nümayiş etdirmək üçün hazırlanıb.
 
"Echo" dəstəkli daha bir məişət qurğusu "Amazon"un divar saatıdır. Yay vaxtından qış vaxtına avtomatik keçid edən sözügedən saatda səs əmrləri vasitəsilə taymeri quraşdırmaq mümkündür.
 
Həmçinin "Amazon" tərəfindən təqdim edilmiş "ağıllı rozetka" səs əmrləri ilə məişət cihazlarını qoşa və ya söndürə bilər.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56645-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR