İsrail yenə raket zərbələri endirdi

İsrail yenə raket zərbələri endirdi
09:52 24 Aprel 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Qəzzanın şimalındakı Həmas-a aid hərbi məntəqələr vurulub
İsrail hərbi təyyarələri Qəzzaya havadan hücum təşkil edib.

Anspress-in məlumatına görə, İsrailə məxsus qırıcı təyyarələr Qəzzanın Beyt Hanun bölgəsinə iki havadan hücum planını reallaşdırıb. Bu barədə “Anadolu Agentliyi” xəbər yayır.

Xəbərdə bildirilir ki, İsrail hərbçiləri Beyt Hanundakı boş bir əraziyə havadan iki raket zərbəsi endirib. Raketlərin düşdüyü ərazidə əkinçilik məhsulları məhv olub.

Bundan başqa, İsrail ordusunun internet saytından yayılan açıqlamada İsrail hava qüvvələrinin ölkəyə atılan raket zərbələrinə cavab oalraq Qəzzanın şimalındakı Həmas-a aid hərbi məntəqələri vurduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR