Ölürlər, yenə gedirlər

Ölürlər, yenə gedirlər
09:52 24 Aprel 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın sahil təhlükəsizlik xidməti Aralıq dənizindən daha 220 nəfəri xilas edib
Belçikada mühacir ölümləri ilə əlaqədar keçirilən Avropa Birliyi sammiti ərəfəsində də Afrikadan Avropaya mühacir axını davam edib.

Anspress-in məlumatına görə, İtaliyanın sahil təhlükəsizlik xidməti Aralıq dənizindən daha 220 nəfəri xilas ediblər.

Əsasən, Liviyadan olan qaçqınlar gəmi ilə sahildən 60 kilometr aralandıqdan sonra həyəcan siqnalı çalıblar.

Xilasedicilər mühacirləri gəmilərə yerləşdirərək Katanya şəhərinə gətiriblər. Burada onlar yoxlamalardan keçdikdən sonra sığınacaqlara göndəriləcəklər.

Eyni zamanda, Yunanıstanın Rafina adası sahillərində mühacir gəmisi müşahidə olunub. Sahil təhlükəsizlik xidməti Aralıq dənizi sularında çətin vəziyyətdə olan 95 nəfəri xilas edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR