Xaçmazda taxta sexinin icarədarı cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, reyd zamanı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 kub.m həcmində palıd, ağcaqayın, qovaq cinsli girdə işlik və çəkilmiş taxta materialı aşkar olunub.

Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və 1946,58 manat məbləğində ziyan tətbiq edilib.

İş axtaranların DİQQƏTİNƏ - Vakansiya var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR