Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib
18:22 21 Sentyabr 2018
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mali arasındakı əlaqələr daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/687658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR