Qol.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.Bu gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da yarımfinal mərhələsinin püşkü atılacaq
Bu mərhələdə kor püşk olacaq. Belə ki, yarımfinal mərhələsinin iştirakçılarından hər biri - "Dnepr", "Napoli", "Fiorentina" və "Sevilya" klubları bir-biri ilə qarşılaşa biləcək.
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları 7 may, cavab qarşılaşmaları isə 14 may tarixində keçiriləcək.
Yarımfinal mərhələsinin iştirakçı komandaları:
"Sevilya" (İspaniya)
"Napoli" (İtaliya)
"Fiorentina" (İtaliya)
"Dnepr" (Ukrayna)
Milli.Az