Bakıda “Mercedes” yandı

Bakıda “Mercedes” yandı
10:06 24 Aprel 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobili yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə gecə saat 00:30-da qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb.

Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Araşdırmalar zamanı məlum olub ki, yanğın maşının elektrik naqillərindəki qısaqapanma zamanı baş verib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=340089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR