Play Store

GUAM nəqliyyat dəhlizinin inkişafı konsepsiyası Kiyevdə müzakirə olunub

GUAM nəqliyyat dəhlizinin inkişafı konsepsiyası Kiyevdə müzakirə olunub
09:07 24 Aprel 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Kiyevdə GUAM Katibliyində Moldovanın sədrliyi ilə Nəqliyyat üzrə İşçi qrupunun 10-cu iclası keçirilib. İclasda GAUM-a üzv dövlətlərin və Katibliyin nümayəndə heyətləri iştirak edib. "Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilata üzv olan dövlətlərdə nəqliyyat sahəsindəki inkişaf barədə məlumat dinlənilib, "GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyası"  əsasında yeni layihə və əməkdaşlıq proqramlarının yaradılması ilə bağlı məsələlər müzakirə edilib. 
İclas iştirakçıları "Baltik dənizi - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi"nin inkişafı vəziyyəti haqqında məlumatı da dinləyiblər.
Tərəflər təşkilata üzv ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə tranzit yük axınının cəlb olunmasına dair tarif siyasəti haqqında normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə "GUAM-Tranzit-2" xüsusi konfransın təşkil olunmasına dair razılığa gəliblər.  
İşçi qrupunun növbəti iclası 2015-ci ilin ikinci yarısında keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/guam-neqliyyat-dehlizinin-inkisafi-konsepsiyasi-kiyevde-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR