​"Erməni soyqırımı", yaxud "arxalı köpək qurd basar"

10:12 24 Aprel 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bir əsr öncəki hadisələrə günümüzün siyasi-hüquqi reallıqları baxımından yanaşılması onların məntiqsizliyinin göstəricisi sayıla bilər.
Bu gün 1915-ci ildə Osmanlı imperiyası ərazisindəki köç zamanı baş verən hadisələrlə bağlı Ermənistanda "soyqırım" adı alıtnda tədbir keçirilir.
Mərasimdə Fransa prezidenti Fransua Olland və Rusiya rəhbəri Vladimir Putin, bir sıra qərb dövlətlərinin təmsilçiləri, o cümlədən ABŞ-ın maliyyə naziri də iştirak edir.
Aza qala yüz il öncəki hadisələr indi bir qədər fərqli şəkildə təkrarlanır. Birinci dünya savaşı illərində Rusiya və Fransa Osmanlını parçalamq məqsədi ilə onun üstünə silahla getmişdi. İndi isə ermənilərin uydurma iddiaları ilə Türkiyə əleyhinə təbliğatı dəstəkləyib, ona təzyiq edirlər.
Ancaq indiki şəraitdə "erməni soyqırımı"nı müdafiə və təbliğ edənlər Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan düşmənçiliyini körükləyirlər. Bununla da Türkiyə və Azərbaycanın Ermənistanla münaqişələrinin həlliinə mane olurlar. Onlar bu sayaq davranışı ilə bölgədə barışın, sabitliyin, demokratiyanın, iqtisadi inkişafın qarşısını alırlar. Ermənistan vasitəsi ilə hikkələrini həyata keçirməyə, Türkiyə də daxil olmaqla bölgə dövlətlərini özlərindən asılı vəziyyətə salmağa çalışırlar.
Belə bir sual yaranır: erməni iddialarını müdafiə edənlər niyə arxivlərin açılması ilə bağlı Türkiyənin təklifini dəstəkləmirlər? 100 ildən sonra da belələrinin məsələyə antitürk, antimüsəlman mövqeyindən yanaşması bir əsr öncəki kinlərinin soyumadığını və türk dövlətinin məhv etmək ideyasının gündəlikdən çıxmadığını göstərir.
Tarix sübut edib ki, türklərin inkişafının qarşısını almaq üçün indi erməni kartından istifadə edənlər türklərin əleyhinə bir məsələ olan kimi birləşməyi bacarırlar. Bu gün də həmin dövlətlər türklərin inkişaf etməsinə, dözümsüzlük göstərir, çeşidli şəkildə təzyiqlər edirlər.
Bu sayaq davarnışla türklərə qarşı ədalətsizlik nümayiş etdirilər. Onların məqsədi türklərin hissiyatı ilə oynayıb, onları dünyaya "vəhşi" kimi təqdim etməkdir. Zəifliklərini, ədalətsiz olduqlarını gizlətmək məqsədi ilə ermənilərin və onların havadarlarının tarix kitablarında yüz illərdir türkləri "vəhşi", "qaniçən" kimi göstərirlər. Başqa sözlə, perspektivdə türk dövlətiləri üzərində yeni oyun qurmağı planlaşdırırlar və dünyada türk xofu yaradırlar. 
Yerevanda təşkil olunan tədbir də bunu sübut edir. 
- Rusiya və Fransa prezidentlərinin Yerevana səfəri onu göstərir ki, Moskva və Paris "erməni soyqırmı" kampaniyasının baş sponsorlarıdır. Onlar ermənilərin arxasında gizlənərək, Türkiyə və Azərbaycana təzyiqlər edirlər. Putin və Ollandın Yerevana səfəri perspektivdə Ermənistanın Fransaya "təhvil verilməsi" ehtimalını da irəli sürməyə əsas verir.
- ABŞ prezidenti Barak Obama maliyyə nazirini Yerevana göndərməklə Ermənistanın bu hay-küylə əslində başqa dərdinin lduğunu göstərir. Başqa sözlə Vaşınqton ermənilərin başlıca dərdinin pul olduğuna eyham vurur.
- Elə dünya güclərinin əlində oyuncaq olaraq, türklərə qarşı kampaniyada iştirak etdiyi üçün Ermənistana hər il yetərincə maliyyə yardımı edilir.
- Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən tədbirdə ABŞ Türkiyədəki səfir səviyyəsində təmsil olunacaq. Bunu isə Vaşinqtonun Ankaraya münasibətinin dəyişmədiyinin göstəricisi saymaq mümkündür.
- Böyük Britaniya kral ailəsi təmsilçisinin-şahzadənin Türkiyədəki tədbirə qatılması Çanaqqala zəfərinə Londonun tarixi hadisə kimi baxdığını ehtimal etməyə əsas verir və s.
Fransa prezidenti Fransua Ollandın aprelin 25-də Azərbaycana səfərinə toxunmaq da yerinə düşər. Yelisey sarayının indiki yiyəsinin Bakı ziyarəti daha çox nəzakət xarakterli sayıla bilər. Çünki Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyən, yaxud da bu iddia ilə vasitəçilki rolunda çıxış edənlərdən biri kimi Paris çoxdan Ermənistanın və onun istəklərinin tərəfində olduğunu sübut edib.
Maraqlıdır, 100 il öncəki hadisə ilə bağlı Türkiyəyə əsassız təzyiqlər edildiyi halda Azərbaycan torpaqlarından işğalçının çıxması yönündə heç bir əməli addım atılmayıb. Odur ki, Rusiya və Fransanın davranışı bu il də Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan torapaqlarının azad olunması yönündə addım atılmayacağını deməyə əsas verir.
Beləliklə, arxalı köpək hələ də qurd basır...

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ermeni-soyqirimi-yaxud-arxali-kopek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR