Cənc serial ulduzu intihar etdi - FOTO

Cənc serial ulduzu intihar etdi - FOTO
09:12 24 Aprel 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən populyar gənc aktyorlarından biri Soyer Suitin intihar edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, CBS telekanalındakı "Everybody Loves Raymond" teleserialındakı rolundan sonra populyarlaşan Soyer Suitin ABŞ-ın Texas ştatındakı evlərində özünə atəş açaraq həyatına son qoyub.
 
"Everybody Loves Raymond" serialında "Ceffri Baron" rolunu oynayan Soyer Suitin əkiz qardaşı Sallivan və bacısı Medilinlə birlikdə çıxış edirdi.
Onlar 2005-ci ildə serialdan ayrılmış, sonuncu dəfə birlikdə televiziya ekranlarında "TV Land Awards" mərasimində peyda olmuşdular.
Soyerin ailə üzvləri durumla bağlı mediaya heç bir açıqlama vermək istəmirlər.
 
Onan bacısı Medilin Facebook-dakı profilində yazıb: "Onu hamımız çox sevirdik və sizin də sevginizə əsla şübhə etmirik. Onu hamımız itirdik".
 
Uşaqlıq illərində məşhurlaşmış 19 yaşlı Soyer Suitinin intiharının səbəbləri bilinmir.
 
S.Suitin "Everybody Loves Raymond" serialında 199 seriyada çəkilmişdi.
 
Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/336244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR