Banqladeş Azərbaycana yeni səfir təyin edib

Banqladeş Azərbaycana yeni səfir təyin edib
10:17 24 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Banqladeş hökuməti Azərbaycana yeni səfir təyin edib. "Report" Banqladeş mətbuatına istinadən xəbər verir ki, yeni səfir Allama Siddiki olacaq. 
A.Siddiki həmçinin Banqladeşin Türkiyə, Bolqarıstan və Ermənistandakı səfiri kimi akkreditasiyadan keçəcək. Daha əvvəl o, Banqladeşin London, İslamabad, Kəlküt və Tokyodakı diplomatik missiyalarında çalışıb. 
A.Siddiki bu vəzifədə Cənubi Koreyaya yeni təyinat alan Zulfiqur Rəhmanı əvəz edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/banqlades-azerbaycana-yeni-sefir-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR