Türkiyədə şagirdləri aparan mikroavtobus aşıb, 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyədə şagirdləri aparan mikroavtobus aşıb, 1 nəfər ölüb, 18 nəfər yaralanıb
10:37 22 Sentyabr 2018
153 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kocaeli əyalətinin Körfəz rayonunda orta məktəb və lisey şagirdlərini aparan mikoravtobusun aşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Anadolu avtomobil yolunun Şirinyalı hissəsində sürücünün idarəetməni itirməsi səbəbindən maşın aşıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb edilib.

Şagirdlər İstanbulda keçirilən TEKNOFEST-də (Texnoloji festival) iştirak etmək üçün Aksaraydan yola düşübmüşlər. Tədbir sentyabrn 20-də başlayıb, 23-dək davam edəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/687748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR