Play Store

Xoşqədəm: "Çox pis günlər keçirdim, çox ağladım"

Xoşqədəm: "Çox pis günlər keçirdim, çox ağladım"
09:21 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Səni axtarıram"ın modelini yaradırlar. Teleaparıcıların bəziləri hətta məni yamsılayırlar".

ANS PRESS-in məlumatına görə, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı bu sözləri ANS TV-nin "Salam, Azərbaycan" proqramında səsləndirib.

Layihəsindən ağız dolusu danışan Xoşqədəm xanım, özünə qarşı çox tələbkar olduğunu dedi: "Mənim tənqidi tamaşaçılarım anam və bacımdı. Verilişdən sonra onlara zəng vurub səhvlərimi soruşuram. İndi artıq Doğuş da bu sıraya daxildir".

Teleaparıcı ailə qurmasından da söz açdı: "Bu 5 ildə o qədər talelər gördüm ki, sonunda belə qərara gəldim ki, mən ailə qurmalıyam. Çox təkliflər var idi. Müxtəlif sahədə çalışan idi. Doğuşla eyni mühitin insanları olduğumuzdan onu özümə daha yaxın bildim".

"Son 5 ilimi mən bu layihəyə verdim. Bir oğluma çox şeylər verə bildim, amma ana sevgisini mənim əvəzimə anam, bacılarım, dayələri verdi. Çünki 5 ilimi ancaq "Səni axtarıram" layihəsinə verdim. Bütün günümü, enerjimi ona sərf etdim. İnanın, layihəmlə bağlı o problemləri yaşayanda, layihəmin əlimdən alınması qorxusu ilə üzləşəndə elə pis olmuşdum ki, Allah eləməsin, sanki balamı itirmişdim. Çox pis günlər yaşadım, çox ağladım. Bu 5 ildə yanımda olan komandam məni sakitləşdirdi. Dedilər ki, olmasın "Səni axtarıram", olsun "Xoşqədəmlə səni axtarıram". Beləcə, layihəmə yeni nəfəs verib, işə başladım" - deyən Xoşqədəm Hidayətqızı, son günlər yaşadığı streslərin sonunda pozitiv ruhda işə yenidən start verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=340083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR