Play Store

Azərbaycanda avtomobillərin texniki baxışında DƏYİŞİKLİK

Azərbaycanda avtomobillərin texniki baxışında DƏYİŞİKLİK
09:22 24 Aprel 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Tələb şəhərdaxili və ya qəsəbədaxili sərnişindaşıma ilə məşğul olanlara şamil olunmur
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik sərnişin daşımaları ilə bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədardır.

Dəyişikliyə əsasən, bundan sonra nəqliyyat vasitələrinə dövlət texniki baxışı üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bərabər, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.

Nazirlər Kabineti bununla bağı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də də müvafiq dəyişiklik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR