Bakı-Sumqayıt: saatlarla tıxaca 40 dəqiqəlik əlac

Bakı-Sumqayıt: saatlarla tıxaca 40 dəqiqəlik əlac
10:22 24 Aprel 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Trend-ə verilən məluamata görə, hazırda daha 1820 metr yolun təmirinə başlanılıb.

Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 25 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR