Qusarda 21 yaşlı gəlin yoxa çıxdı

Qusarda 21 yaşlı gəlin yoxa çıxdı
10:16 13 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarın Hiloba kəndində 21 yaşlı gəlin itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə yanvarın 1-dən 2-ə keçən gecə baş verib.

Belə ki, Güləsər Malik qızı Səlimova həmin gün öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb. Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb.

Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə "səni Çoban qəsəbəsinin kruqunda gözləyirəm" yazılıb.

Qeyd edək ki, Qusar rayonunda Çoban yaşayış qəsəbəsidir.

İtjin düşən gəlinin qoşulub qaçdığı və ya qaçırıldığı hələ məlum deyil.

Ailəsi hadisə haqqında Qusar Polis şöbəsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR