Play Store

Görkəmli alimin şərəfinə adlandırılmış smartfon nümayiş etdirilib

Görkəmli alimin şərəfinə adlandırılmış smartfon nümayiş etdirilib
09:26 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Beynəlxalq “Turing Robotic Industries” şirkəti “Turing Phone” qurğusunu təqdim edib. Bu qurğu İkinci Dünya müharibəsində faşist  Almaniyası tərəfindən istifadə olunmuş "Eniqma" adlı şifrli kompüterin kodunu sındırmağa nail olmuş ingilis riyaziyyatçısı və kriptoqrafı Alan Tyurinqin  şərəfinə belə adlandırılıb.
 
“Turing Phone” qurğusu dövlət strukturları üçün nəzərdə tutulmuş “BlackBerry” şirkətinin smartfon və planşetləri kimi kriptoqrafik çiplə təchiz edilib. Məlumatların şifrlənməsi və deşifrlənməsi sözügedən çipin köməyi ilə həyata keçirilir. Bu o deməkdir ki, yalnız iki ədəd “Turing Phone” smartfonu arasında şifrlənmiş rabitə kanalı yaratmaq olar.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Turing Phone” smartfonundan istənilən başqa aparata zəng etmək və ya mesaj göndərmək və ya əksinə, istənilən aparatdan “Turing Phone” qurğusuna zəng etmək və mesaj göndərmək mümkün olacaq, amma sonuncu halda şifrləmə mexanizmi işləməyəcək.
 
Özəl şifrləmə çipi “Turing Phone” aparatının yeganə üstünlüyü deyil. Aparat "maye morfi" adlı materialdan hazırlanıb. Bu sirkonium, mis, alüminium, nikel və gümüş materiallarının amorf ərintisidir. “Turing Robotic Industries” şirkətinin baş direktoru S.İ.L. Çao bildirib ki, strukturuna görə şüşəni xatırladan bu material polad və titandan daha bərkdir.
 
“Turing Phone” qurğusu 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli yaddaş, 13 meqapiksellik əsas kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Modeldən asılı olaraq daxili yaddaşın tutumu 16, 64 və ya 128 QB təşkil edir. Qurğuya “Android Lollipop” mobil platforması quraşdırılıb.
 
Şirkət “Turing Phone” qurğusunun satışına 2015-ci ilin avqustunda başlamağı planlaşdırır. 64 QB daxili yaddaş malik modelin qiyməti 700, 128 QB-lıq modelin qiyməti isə 750 dollar təşkil edəcək.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36384-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR