Play Store

Azərbaycanda belə uşağı olanlara pul ödəniləcək

Azərbaycanda belə uşağı olanlara pul ödəniləcək
09:31 24 Aprel 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib.

ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarında aşağıdakı dəyişikliklər edib:

“Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilsin”.

Bununla yanaşı, qərarın 2.2-ci hissəsindən “xüsusi” sözü çıxarılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR