Play Store

Bu gün Avropa kuboklarında yarımfinal mərhələsinin püşkü atılacaq

Bu gün Avropa kuboklarında yarımfinal mərhələsinin püşkü atılacaq
09:32 24 Aprel 2015
116 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında yarımfinal mərhələlərinin püşkü atılacaq. "Report"un məlumatına görə, UEFA-nın İsveçrədənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq hər iki mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Çempionlar Liqasının yarımfinalına "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya), "Barselona" (İspaniya) və "Yuventus" (İtaliya) komandaları yüksəlib. Avropa Liqasında isə "Napoli" (İtaliya), "Dnepr" (Ukrayna), "Fiorentina" (İtaliya) və "Sevilya" (İspaniya) bu vəzifənin öhdəsindən gəlib.
Yarımfinal cütləri ilkin bölgü aparılmadan "kor püşk"lə müəyyənləşdiriləcək. Bu mərhələdə eyni ölkənin komandaları bir-biri ilə qarşılaşa bilər. Adı birinci çıxacaq komanda ilk oyunu evdə keçirəcək. Habelə, final qarşılaşmasının nominal ev sahibi də müəyyənləşdiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal matçları 5-6 mayda və 12-13 mayda keçirəcək. Final qarşılaşması iyunun 6-da Almaniyanın paytaxtı "Olimpiaştadion"da təşkil olunacaq. Avropa Liqasında isə ilk oyunlar mayın 7-də, cavab görüşləri mayın 14-də, həlledici oyun isə mayın 27-də Polşanın paytaxtı Varşavadakı Milli stadionda baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avropa-kuboklari-yarimfinal-merhelesi-pusk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR