Saymon Kleq: "Birinci Avropa Oyunlarına heç nə kölgə sala bilməz"

Saymon Kleq: "Birinci Avropa Oyunlarına heç nə kölgə sala bilməz"
10:37 24 Aprel 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-2015 Birinci Avropa Oyunlarının keçirilməsinə heç nə kölgə sala bilməz
Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.

O qeyd edib ki, Birinci Avropa Oyunlarına hazırlıq işləri vaxtında başa çatacaq.

S.Kleqin sözlərinə görə, vaxtında hazır olmaq üçün daha xeyli işlər görülməlidir.

O, yayımla bağlı Britaniyanın "BT Sport" telekanalı ilə razılaşma əldə olunduğunu bildirib.

Xatırladaq ki, Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. Avropa Oyunları çərçivəsində yarışlar 16 olimpiya və 4 qeyri-olimpiya idman növləri üzrə təşkil olunacaq. Avropanın müxtəlif ölkələrindən Bakıya 6 mindən çox idmançı gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/336281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR