Ukraynanın Truskovetsk şəhərində Heydər Əliyev adına istirahət parkının yaradılması müzakirə edilir

Ukraynanın Truskovetsk şəhərində Heydər Əliyev adına istirahət parkının yaradılması müzakirə edilir
10:18 13 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Ukrayna Beynəlxalq Alyansın təklifi ilə Ukraynanın Truskovetsk şəhərində Heydər Əliyev adına istirahət parkının yaradılması müzakirə edilir.

Alyansın sədri Elmar Məmmədov Trend-ə bildirib ki, Heydər Əliyev adına istirahət parkının yaradılması üçün Truskovetsk şəhərinin meri Ruslan Kozıra rəsmi müraciət olunub.

Truskovetsk şəhər meriyası təklifi müsbət qarşılayıb. Hazırda parkın yaradılması üçün iqtisadi əsaslandırma işləri aparılır.

E.Məmmədov deyib ki, parkın şəhərin mərkəzi meydanında yaradılması nəzərdə tutulur: "Bununla bağlı meriyaya edilən müraciətdə qeyd olunub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR