​Qazaxıstanda prezident seçkisi öncəsi təbliğat kampaniyası başa çatıb

​Qazaxıstanda prezident seçkisi öncəsi təbliğat kampaniyası başa çatıb
10:42 24 Aprel 2015
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Qazaxıstanda növbədənkənar seçkiyə hazırlıq işləri, o cümlədən seçkiqabağı təbliğat-təşviqat kampaniyası başa çatır.
"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV məlumat yayıb.
Aprelin 26-da ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Tutqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparır.
Bu siyasi kampaniyanı müşahidə etmək üçün 713 beynəlxalq müşahidəçi və xarici KİV-in 134 təmsilçisi akkreditasiya olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/prezident-seckisi-oncesi-tebligat-kampaniyasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR