Söyün Sadıqov: "Emil Hüseynovun qətli milli zəmində olmayıb"

Söyün Sadıqov: "Emil Hüseynovun qətli milli zəmində olmayıb"
09:47 24 Aprel 2015
302 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu, “Neftçi”nin keçmiş yarımmüdafiəçisi Emil Hüseynovun erməni idmançı tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi ətrafında qalmaqal səngimir. Virtualaz.org saytı Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, aprelin 23-də Azərbaycan və Ermənistan diaspor nümayəndələri arasında qətllə bağlı barışıq olmalı idi. 


Barışıq üçün təşkil edilən görüşdə hakim rolunu Sverdlovsk vilayət hökumətinin sədrinin müavini Yakov Silin, qanunvericilik və ictimai təhlüksizlik məsələləri komitəsinin üzvü Viktor Şeptiy və İstintaq Komitəsinin nümayəndəsi oynamalı idi.


Lakin aprelin 23-də səhər məlum olub ki, nə Silin, nə Şeptiy, nə də müstəntiqlər görüşə getməyəcək. Bundan əlavə görüş başlayanda məlum olub ki, erməni diasporunun nümayəndələri də ora gəlməkdən imtina edib. Azərbaycan diasporu tərəfdən isə Rusiya azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov və daha bir neçə nəfər gedib.


66.ru portalının yazdığına görə, Söyün Sadıqov çıxışında ermənilərlə azərbaycanlılar arasında heç bir münaqişənin olmadığını, bu qətlin milli zəmində baş vermədiyini deyərək toplantının bütün mənasının üstündən xətt çəkib.


“Azərbaycanlılarla erməniləri barışdırmaq nə deməkdi - mən tam anlamıram. Ermənistanla Azərbaycan arasında tarixi münaqişə var. Başlıcası odu ki, mənim yerlilərim qubernatora söz veriblər ki, istintaqa kömək edəcəklər, cinayətkarlar isə qanun qarşısında cavab verəcək” deyə Söyün Sadıqov bildirib.


Toplantıya gələn digər azərbaycanlı diaspor nümayəndələri kimi Söyün Sadıqov da uzun-uzadı və monoton danışıb. Ancaq onların danışdıqlarının Yekaterinburqdakı kafedə baş verən qətlə praktiki olaraq dəxli olmayıb.


“Azərros” prezidentinin sözlərinə görə, əgər gənclərin arasında öldürməyin lazım olmadığı haqda tərbiyəvi söhbətlər aparılsaydı, bu cür əhvalatların qarşısını almaq olardı: “Dava olur, münaqişə olur, ancaq silaha əl atmaq lazım deyil. Vladimir Putinin çağırdığı kimi, qızğın emosiyaları idmana yönəltmək lazımdı".


O, əmin edib ki, azərbaycanlı futbolçu ilə erməni idmançı arasında münaqişə milli zəmində yox, məişət zəminində baş verib: “Restoranda oturublar, sonra səs-küy, dava başlayıb. Tiqran Çiçəkyan Emil Hüseynovu küçəyə çıxarıb və onun ürəyindən bıçaqla vurub”. 


Sverdlovsk vilayətinin müsəlmanlarının dini lideri Abdul-Kuddus Həzrət Aşarin isə öz nitqini dua ilə başlayıb, sonra yekaterinburqluları bu faciəyə görə milli zəmində münaqişəni qızışdırmamağa çağırıb.


Xatırladaq ki, azərbaycanlı futbolçunu qətlə yetirən erməni əlbəyaxa döyüş ustasıdı. Qətl baş verən gün Emil Hüseynov Bakıya, xəstə atasına baş çəkməyə gəlməyə hazırlaşırmış və dostlarından birinin ad gününü qeyd edirmiş. Bu zaman kafeyə daxil olan Tiqran Çiçəkyan, qardaşı və daha üç nəfər azərbaycanlılara sataşıb. İki qrup arasında dava başlayıb və erməni bıçağa əl atıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-soyun-sadqov-quotemil-huseynovun-qtli-milli-zmind-olmaybquot-t40228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR