Çoban atdan yıxılaraq ağır xəsarət alıb

Çoban atdan yıxılaraq ağır xəsarət alıb
08:05 23 Sentyabr 2018
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində heyvanları otaran çoban atdan yıxılaraq qabırğaları sınıb.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə "Tərəvəzçilik" adlanan yaşayış massivinin yaxınlığındakı otlaqda baş verib.

Otlaqda mallarını otaran 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ədalət İbrahim oğlu Kərimov ehtiyatsızlıqdan atdan yıxılıb. Nəticədə onun qabırğaları qırılıb və digər ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/687929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR