Həmsədr "erməni soyqırımı"ndan yazdı

Həmsədr "erməni soyqırımı"ndan yazdı
10:56 24 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qondarma erməni soyqırımı ilə bağlı fikirlərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, həmsədr öz rəsmi Twitter səhifəsindən 1915-ci ildə baş verənlərə münasibətini bildirib:

"Biz Dağlıq Qarabağın sülh yolu ilə həllinə çalışdığımız üçün Osmanlı İmperiyasının son günlərində baş verənləri, əzab-əziyyəti və qətliamları xatırlayır, bütün qurbanlar üçün yas tuturuq", - deyə həmsədr qeyd edib.

Xatırladaq ki, ermənilər bu gün qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı mərasim keçirir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR