Ağ Ev səhvini etiraf etdi

Ağ Ev səhvini etiraf etdi
10:21 13 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton keçən həftə Fransada terror hücumlarından sonra Parisdə həmrəylik yürüşünə yüksək səviyyəli rəsmi nümayəndə göndərməməklə səhvə yol verildiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, Ağ Evin sözçüsü Coş Ernest mətbuat konfransında deyib ki, yürüşdə iştirak etmək üçün daha yüksək səviyyəli nümayəndə göndərilməli idi. O, Vaşinqtonun bunu etməməsini təhlükəsizlik səbəbləri ilə əlaqələndirib.

Birləşmiş Ştatların Fransadakı səfiri Ceyn Hartli və Dövlət Departamentinin Avropa üzrə nümayəndəsi Viktoriya Nuland Parisdə bazar günü keçən yürüşdə iştirak edən ən yüksək səviyyli ABŞ rəsmiləri olublar.

Ağ Evin açıqlamasından əvvəl ABŞ dövlət katibi Con Kerri yüksək səviyyli nümayəndənin Parisə göndərilməməsi ilə bağlı tənqidlərə cavab verərək, ABŞ administrasiyasının hazırkı vəziyyətdə mövqeyini müdafiə edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR