50-ə yaxın avtobus sürücüsü cərimələnib

50-ə yaxın avtobus sürücüsü cərimələnib
11:02 24 Aprel 2015
223 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Gəncədə ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə qarşı növbəti reydlər keçirilib. “Report” xəbər verir ki, “1 saylı Regional Nəqliyyat Departamenti” MMC-nin əməkdaşları və Dövlət Yol Polisinin (DYP) təşkil etdiyi nəzarət tədbirləri şəhərin mərkəzini və müxtəlif ərazilərini əhatə edib. Məqsəd marşrutları sənədsiz idarə edən və yol hərəkəti qaydalarına əməl etməyən sürücüləri aşkarlamaq olub.
Reydlər zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini heç bir sənədi olmadan idarə etdiyi məlum olub. Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq dayanacaqlardan kənarda sərnişin götürüb-düşürməsi halları da aşkarlanıb. Qaydaları pozan 50-yə yaxın sürücü inzibati qaydada cərimə olunublar.
Xatırladaq ki, ötən gün Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci rübünə həsr olunan hesabat yığıncağında icra başcısı Elmar Vəliyev şəhərdə içtimai nəqliyyatın vəziyyətindən narazı qaldığını bildirib.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/50-e-yaxin-avtobus-surucusu-cerimelenib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR