Qənirə Paşayeva Almaniyada qondarma soyqırımından danışıb

Qənirə Paşayeva Almaniyada qondarma soyqırımından danışıb
11:04 24 Aprel 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

 Millət vəkili Qənirə Paşayeva Almaniyanın Nürenberq şəhərində "Erməni Soykirimi iddialari və Gercekler" adlı konfransda geniş məruzə ilə çıxış edib.

Lent.az-ın məlumatına görə, Türkiyənin Nürenberq Baş konsulunun və Mehmet Perinceyin çıxışından sonra millət vəkili geniş  məruzə ilə çıxışında qondarma erməni soyqırımı yalanlarının tarixi, iddialarının heç bir tarixi sübuta söykənmədiyi, erməni diaspor və lobbisinin Türkiyə və Türk Dünyası əleyhinə apardığı məqsədyönlü iftira, böhtan siyasəti barədə geniş məlumatlar verdikdən sonra Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarını qınayıb.

Tədbirin sonunda millət vəkili tədbir iştirakçılarına  Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib. Eyni zamanda özünün həmmüəllifi olduğu “Xocalı Soyqırımı tanıkların dilindən” kitabını da imzalayaraq tədbir iştirakçılarına verib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR