İki avtomobil toqquşub, xəsarət alanlar var

İki avtomobil toqquşub, xəsarət alanlar var
22:57 23 Sentyabr 2018
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, qəza Nizami kəndində qeydə alınıb.

"Mitsubishi" markalı avtomobil qarşısında hərəkətdə edən, sola dönmək istəyən "VAZ-2107" markalı avtomobilə çırpılıb. "VAZ-2107" zərbənin gücündən yoldan çıxıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər, Sabirabadın Çöl Ağammədli kənd sakinləri - 1966-cı il təvəllüdlü İsmiyeva Təranə Qəribağa qızı və 1953-cü il təvəllüdlü İsmiyeva Nərminə Abdulla qızı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.İsmiyevanın vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/688052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR