Xəbərdarlıq: Göbələk yığmayın! - VİDEO

Xəbərdarlıq: Göbələk yığmayın! - VİDEO
11:05 24 Aprel 2015
260 Sosial
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər sadə vətəndaşların ümumiyyətlə göbələk yığmasını məsləhət görmürlər
Son vaxtlar bəzi bölgələrdən göbələk zəhərlənməsilə bağlı xəbərlər gəlməkdədir.

ANS TV-nin məlumatına görə, göbələk zəhərlənməsi hallarına daha çox Şəki-Zaqatala bölgəsində rast gəlinir. Elə ötən gün də 32 yaşlı Elsevər İsmayılov meşədən yığdığı göbələyin zəhərli olub-olmadığını bilmədən bişirərək yeyib. Kəskin mədə ağrıları və hərarətinin artdığını görən yaxınları onu dərhal xəstəxanaya çatdırıblar.

Müayinəsi zamanı həkimlər onun göbələkdən zəhərləndiyini müəyyən ediblər. Onun vəziyyəti ağır olduğu üçün Elsevər İsmayılov Bakıya gətirilib.

Ümumiyyətlə hər bir yeməli göbələyin zəhərli oxşarı olduğu üçün onların kortəbii toplanması zəhərlənməni qaçılmaz edir. Çünki zəhərli və yeməli göbələkləri ayırmaq o qədər də asan olmur. Buna görə də mütəxəssislər sadə vətəndaşların ümumiyyətlə göbələk yığmasını məsləhət görmürlər.

Ekspert İmran Abdullayev deyir ki, yabanı halda bitən göbələklərin toplanmasını qəbul etmir: “Çünki hər an zəhərli göbələyin ora düşmə ehtimalı yüksəkdir. Ona görə də insan öz həyatını, eləcə də övladlarının həyatını riskə atmamalıdır. Əgər meyli göbələk çəkirsə, o zaman təsərrüfatlarda beçərilən – şampinyon və asılqan kimi göbələklər zəhərli deyil”.

Toplanan göbələklər arasında bir ədəd zəhərli göbələyin olması kifayət edir ki, orqanizmə mənfi təsir göstərsin. Çünki zəhərli göbələklərin tərkibindəki toksiki maddələr hətta yüksək temperaturda belə parçalanmaya məruz qalmır. Orqanizmə daxil olan kimi fəsadlarını göstərir.

Həkimlərin sözlərinə görə, digər qida zəhərlənmələrindən fərqli olaraq göbələk zəhərlənməsinini əlamətləri daha kəskin olur.

"Göbələklə zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma, ishal və gözünün qarşısında ikiləşmə əlamətləri ilə başlayır. Əgər bu proses bədəndə çox davam edərsə, o zaman mərkəzi sinir sistemində belə müəyyən dəyişikliklərə yol aça bilər", - deyə həkim Arzu Musayeva qeyd edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR