Mingəçevir teatrı “Eşq və intiqam”la Bakıya gəlir

Mingəçevir teatrı “Eşq və intiqam”la Bakıya gəlir
11:08 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 27-də Mingəçevir Dövlət Dram Teatrı Bakıda Akademik Milli Dram Teatrının səhnəsində Süleyman Sani Axundovun “Eşq və intiqam” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşada əsas rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, aktyorlar Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, İlqar Rəhimov və başqaları canlandıracaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevir_teatri_Esq_ve_intiqamla_Bakiya_gelir-849315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR