Məşhur reper Qələbə Günündə Bakıda çıxış edəcək - FOTO

Məşhur reper Qələbə Günündə Bakıda çıxış edəcək - FOTO
11:12 24 Aprel 2015
148 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur reperi Bakıda çıxış edəcək
Milli.Az xəbər verir ki, Rusiyanın məşhur reperi Timatinin ortağı Mc Doni 9 May - Qələbə Günü münasibəti ilə "Pasifico"da çıxış edəcək.

Əslən özbək olan reper "Black Star" yığmasının üzvüdür. Əsl adı Sotonbek İsmayılov olan reper Özbəkistanda doğulub.

O, məşhur reper Timati ilə "Boroda" mahnısını oxuyub. Sözügedən mahnı isə 2014- 2015-ci illərin hitinə çevrilib.

"Pasifico"da baş tutacaq konsertin qiymətlərinə gəldikdə isə oturacaq: standart (40 man.), VİP (60 man.), ayaq üstə isə 20 manatdır.

Konsertin info-dəstəkçiləri Milli.AzDay.Az saytlarıdır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR